Əziz həmvətənlər! "Park City" tikinti şirkəti ölkənin ən etibarlı və keyfiyyətli şirkətləri sırasında özünə məxsus yer tutur.Şirkət fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sosial-iqdisadi siyasətini rəhbər tutaraq, etibarlılıq və dürüstlük kimi mənəvi dəyərlərə əsaslanan uğurlu layihələrə imza atmağı qarşıya məqsəd qoymuşdur.Müasir texnologiyalarla və qabaqcıl təcrübəyə əsaslanan şirkət mövcud tələbləri vaxtında ödəmək üçün dayanmadan böyük əzmlə çalışır ki, müştərilərimizin böyük inam və etimadını qazanıb, ən qısa zamanda öz evlərinə yerləşdirilməsini təmin etsin.Şirkətimiz ən xırda məqamlara diqqət yetirməklə və daimi yeniliklərə imza atmaqla müştəri məmnuniyyətini ən üst səviyyəyə qaldırmaq və onların hüquqlarına hörmətlə yanaşaraq dostluq münasibətlərini qurmaqla həyat səviyyəsini hər zaman daha yaxşı etmək vəzifələrini öhdəliyinə götürür.Missiyamız həyata keçirəcəyimiz layihələr ilə gələcək nəsillərə müasir, keyfiyyətli binalar inşa etmək və əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır.Ümummilli Lider Heydər Əliyev çıxışlarında qeyd etmişdir ki, "Gənclər gələcəyin kapitalıdır"."Park City" tikinti şirkətinin rəhbərliyi Ümummilli Liderin bu sözlərinə əsaslanaraq savadlı, perspektivli, gənc kadrlarla öz işini qurur.